20 Fevral 2020
Kateqoriyasız

“Qarabağ” – APOEL oyununa nə qədər bilet satılıb? – son məlumat

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – APOEL oyununa bilet satışı davam edir.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə,  artıq 25 min bilet satılıb.  Oktyabrın 17-dən satışa çıxarılan biletlərin qiyməti sektorlar üzrə 2, 5, 15, 20, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.

Oxşar xəbərlər

Şahin Diniyev: “Kirayə pulunu vaxtında verirdi deyə, həmin qadından şübhələnməmişdim”

admin

“Qəbələ”nin yeni sponsoru müəyyənləşdi

admin

“Sabah” qələbəyə həsrət qaldı, “Qəbələ” yenə uduzdu

admin