Ölkə futbolu

“Qarabağ” Aqolliyə görə UEFA-dan pul alacaq

UEFA Avropa çempionatında iştirak edən futbolçuların klublarına pul ayırıb. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, qitə futbol qurumu 659 kluba ödəniş ediləcəyini açıqlayıb.

 

Həmçinin AÇ-2016-nın final mərhələsi üçün rekord sayda klubun Fransaya futbolçu göndərdiyi də vurğulanıb. Qurumun direktoru Corcio Marketti 100 milyon avronun həmin komandalar arasında bölünəcəyini vurğulayıb: “600-dən çox kluba maliyyə ayrılması möhtəşəm hadisədi. Bu, dünya futbolunun inkişafına töhfə verə bilər”.

 

UEFA-nın ayırdığı puldan “Qarabağ”a da pay düşəcək. Çünki Ağdam təmsilçisinin müdafiəçisi Ansi Aqolli Avropa çempionatında Albaniya yığmasının formasını geyinib.

 

Qeyd edək ki, daha 50 milyon avro AÇ-2016-nın seçmə mərhələsində iştirak etmiş futbolçuların klubları arasında bölünəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43