Kateqoriyasız

“Qarabağ” Argentinadan hücumçu transfer edir?

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferinə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Argentinanın “Urakan” klubunun hücumçusu Lukas Qamba ilə maraqlanır. Bu barədə sözügedən ölkənin mətbuatında məlumat yayılıb. Oyunçunun transfer dəyəri 3 milyon dollardı.

Xəbərdə qeyd olunub ki, “Qarabağ” Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, oyunçunu bu məbləğə almağa çalışacaq. Argentinanın digər təmsilçisi “Rosario Sentral” da Qambanı transfer etmək istəyir.

Qeyd edək ki, Lukas Qambanın “Urakan”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43