Ölkə futbolu

“Qarabağ” – “Arsenal” matçına nə qədər bilet satılıb ?

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyununa bilet satışı davam edir.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq 20 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43