Ölkə futbolu

“Qarabağ” – “Arsenal” matçına nə qədər bilet satılıb ?

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Arsenal” (İngiltərə) matçına bilet satışı davam edir.

İdmanxeber.az Ağdam klubunun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq qarşılaşmaya 48 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Biletləri həm “Qarabağ” FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq “iTicket.az” saytından almaq mümkündür.

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də, saat 20:55-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43