02 Dekabr 2020
Kateqoriyasız Ölkə futbolu

“Qarabağ” “Arsenal”la bacarmadı – YENİLƏNİB

Avroliqanın qrup mərhələsinin ikinci turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, bu gün təmsilçimiz “Qarabağ” Bakı Olimpiya Stadionunda Londonun “Arsenal” klubunu qəbul edib. Oyunun 4-cü dəqiqəsində qonaq komandanın futbolçusu Sokratis hesabı açaraq “Arsenal”ı önə keçirib. Təmsilçimiz ilk hissədə Mahir Mədətov və Abdullah Zubirlə qola yaxınlaşsa da, bundan yararlana bilməyərək fasiləyə məğlub yollanıb. İkinci hissəyə də sürətli başlayan London təmsilçisi olub. Oyunun 53-cü dəqiqəsində Smit Rov hesabı arasındakı fərqi ikiyə çatdırıb. Matçın 79-cu dəqiqəsində isə Matteo Guendouzi “Qarabağ”ın qapısından 3-cü topu keçirərək oyunun nəticəsini elan edib -3:0.

 

 

4 oktyabr

Avropa Liqası, E qrupu

20:55 “Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə)  3:0  

QOL: Sokratis Papastapoulos, 4 (1:0), Smil Rov, 53 (2:0), Matteo Guenduzi 79, (3:0)
Baş hakim:
 Davide Massa (İtaliya)
Bakı Olimpiya Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Milliyə dəvət alan futbolçu “Dənizlispor”u seçdi

admin

“Səbail” – “Universitatya” – start heyətlər

admin

“Simurq” 2 futbolçusundan məhrum hazırlaşır

admin