Ölkə futbolu

“Qarabağ” “Arsenal”la oyuna hazırlığı bu gün tamamlayacaq

“Qarabağ” sabah  Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Arsenal”ın qonağı olacaq.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün matçın hazırlıqlarını tamamlayacaq.

Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) futbolçular qarşılaşmanın keçiriləcəyi “Emireyts” stadionunda son məşqə çıxacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov son məşqdən 30 dəqiqə əvvəl media mənsublarının suallarını cavablandıracaq.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” oyunu sabah gece saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43