Kateqoriyasız

“Qarabağ” – “Aşdod” oyununun vaxtı açıqlandı

“Qarabağ”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”la ev oyununun vaxtı məlum olub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 29-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43