İdman

“Qarabağ” – “Atletiko” oyununa 25 min bilet satılıb

“Qarabağ” oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmaya bilet satışı davam edir.

Matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun Feysbuk səhifəsi artıq 25 min biletin satıldığını açıqlayıb.

Satış məntəqələri

“Gənclik mall” və “28 mall”

“Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidi.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43