Kateqoriyasız

“Qarabağ”ın avrokuboklardan qazanacağı məbləğ 

“Qarabağ”ın bu mövsüm avrokuboklarda qazanacağı minimum məbləğ müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi pley-offda məğlub olsa belə bura qədər gəldiyi üçün 5 milyon avro qazanacaq.

Təmsilçimiz avrokuboklarda yoluna Avropa Liqasının qrup mərhələsindən davam etdirsə də, yenə büdcəsini zəngilnləşdirə biləcək. Belə ki, UEFA AL-nin qrupuna qatıldığı üçün “Qarabağ”a 4,1 milyon avro ödəyəcək.

Ümumlikdə komandamız ÇL-nın pley-off mərhələsinə yüksəlməsi və AL-nın qrup mərhələsini təmin etdiyi üçün 9,11 milyon avro (15.78 manat) gəlir əldə edib.

“Qarabağ” əgər Çexiya klubu “Viktoriya”nı da məğlub edib qruplara qalsa, daha 15.64 milyon avro qazanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43