İdman

“Qarabağ” Avstriya klubu ilə bərabərə qaldı (VİDEO)

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ötən gün ikinci yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “köhlən atlar” yerli “Vakker İnsbruk”la qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0.

“Qarabağ” Avstriyadakı ilk yoxlama görüşündə “Ludoqorets”lə (Bolqarıstan) bərabərə qalıb – 1:1.

Yoxlama oyunu

26 iyun

“Qarabağ” – “Vakker İnsbruk” (Avstriya) 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43