Ölkə futbolu

“Qarabağ” Avstriyaya yollanır – ÇL-ə hazırlıq üçün

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın hazırlıq planı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” qitənin ən nüfuzlu klub turnirinə Avstriyada hazırlaşacaq. Ağdam təmsilçisi iyunun 20-də hazırlıq üçün sözügedən ölkəyə yollanacaq. Komanda burada azı 3 yoxlama matçında qüvvəsini sınamaq niyyətindədi.

Qeyd edək ki, “Qarabağ”ın ÇL-in 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 14-də keçiriləcək püşkatmada bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” yenidən məşqlərə başladı

admin

“Qarabağ” güclü yağış altında məşq etdi – Şəkillər

admin

Qurban Qurbanov – 350

admin