20 Yanvar 2021
Kateqoriyasız

“Qarabağ” Azərbaycanın ən populyar klubudur” – Qurban Qurbanov

“Ayaks”ın vəziyyətində olmaq istərdik. Orada rəhbərlik idmanla siyasətin ayrı olduğunu deyə bilər. Bizdə isə bu, mümkün deyil”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Niderlandın “de volkskrant” nəşrinə açıqlamasında deyib.

Ağdam klubunun tarixi barədə danışan 49 yaşlı mütəxəssis komandanın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovun Birinci Qarabağ müharibəsindəki şücaətindən bəhs edib: “O, klubun simvolu və düşmənə qarşı mübarizənin liderlərindən idi. Həmçinin, yarımmüdafiəçimiz Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb”.

Q.Qurbanov “Qarabağ”ın hazırda Azərbaycanın ən populyar komanası olduğunu bildirib: “Müharibədən sonra “Qarabağ” azarkeşlərinin əksəriyyəti məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində yaşayırlar. Bu səbəbdən də Bakıda matçlarımızda tribunalarda üç mindən çox azarkeşimiz olmur. Buna baxmayaraq, “Qarabağ” ölkənin ən populyar klubudur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin səbəti bəlli oldu

admin

5 het-trik, 1 poker, 1 penta-trik

admin

“Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik” – Qurban Qurbanov

admin