Ölkə futbolu

“Qarabağ” – AZAL 2:1- Məşqçi Fikirləri

Azərbaycan Premyer Liqasının XXIX turu “Qarabağ” üçün uğurlu alındı. Qurban Qurbanovun başçılıq etdiyi komanda AZAL-ı 2-1 hesabı ilə üstələdi.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İlk növbədə “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 3 oyundur ki, məğlub oluruq. Çətindir. Oyunçu problemimiz var. Viktor İqbekoyi və Aleksandr Şemonayev zədəlidir. Buna baxmayaraq, komanda nəsə etmək istəyirdi.

Amma yenə də uduzduq. Məncə, 4-cü yer artıq bizim üçün əlçatmazdır. Bütün bu çətinliklərə baxmayaraq, mübarizə aparmaq lazımdır”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi):”Vacib 3 xal qazandıq. Futbolçularda yorğunluq var. Buna rəğmən yaxşı oynadılar. Bilirdik ki, AZAL bizimlə oyuna yaxşı hazırlaşacaq. Ona görə də həım ehtiyat edirdik, həm də ciddi hazırlaşırdıq. Bu gün biz qalib gəldik. Öz növbəmdə Tərlan Əhmədova və komandasına uğurlar arzu edirəm. Biz hazırda sıx qrafikdə oynayırıq. Çalışırıq ki, problemləri hiss etdirməyək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43