Kateqoriyasız

“Qarabağ” AZAL-la oyuna hazırlaşır

“Qarabağ” AZAL-la oyunun hazırlıqlarına başlayıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqanın XXIX turunda “təyyarəçi”lərin qonağı olacaq komanda günü tək məşqlə keçirəcək.

“Qarabağ”ın məşqi saat 17:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq. “Qarabağ”ın çalışmasında bütün futbolçuların iştirak etməsi gözlənilir.

Qeyd edək ki, AZAL – “Qarabağ” oyunu aprelin 5-də, saat 17:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43