Ölkə futbolu

“Qarabağ” AZAL-la qarşılaşacaq

Premyer Liqanın X turunda “Sumqayıt”la matçın hazırlıqlarını davam etdirən “Qarabağ” millinin oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama oyunu keçirəcək.

Klubun saytına istinadən verdiyimiz məlumata görə, yaranmış boşluğu doldurmaq üçün Ağdam təmsilçisi sabah saat 11.00-da AZAL-la hazırlıq matçına çıxacaq. Oyun Şüvəlandakı “AZAL Arena”da olacaq.

Qeyd edək ki, sözgedən komandalar dekabrın 4-ü Azərbaycan kubokunun 1/8 final mərhələsində də qarşılaşacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43