İdman

“Qarabağ” – AZAL matçının başlama saatı məlumdur

Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ” AZAL-ı qəbul edəcək.

İdmanxeber.com-un “Qarabağ”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçiriləcək və sentyabrın 9-u saat 18:30-da start götürəcək.

Qeyd edək ki, hazırda “Azərsun Arena”nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün “Qarabağ” rəqibini “Əlincə Arena”da qəbul edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43