Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” zədəli futbolçularından şad xəbər alıb.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a açıqlamasında bildirib ki, həm “Dandolk”la səfər matçında zədələnərək meydandan çıxan Maksim Medvedev, həm də İrlandiyada adları “18”liyə salınan, ancaq oynamayan Miçel və Ozobiçin durumu normaldı.
“Maksim Medvedevin zədəsi ciddi deyil. O, sadəcə rahatsız olduğu üçün meydandan çıxdı. Ozobiç və Miçelin durumu da normaldı. Hər 3 futbolçu cavab matçında komandaya kömək edə bilər”.
Xatırladaq ki, “Qarabağ” – “Dundalk” matçı iyulun 31-i, saat 21.00-da başlanacaq.