Ölkə futbolu

“Qarabağ” azarkeşlərə müraciət etdi

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-i turunda “Arsenal”la oyun öncəsi azarkeşlərə müraciət edib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, müraciətdə deyilir:

“Qarabağ”ın “Arsenal”la oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə: saat 17:55-də açılacaq. Azarkeşlərimizdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur”.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” görüşü bu gün saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43