Ölkə futbolu

“Qarabağ” azarkeşlər üçün Metropalitenə müraciət edib

“Qarabağ” Avroliqanın V turunda “Sportinq”i qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” klubu rəsmi feysbuk səhifəsindən azarkeşləri yaxından maraqlandıracaq açıqlama edib. Açıqlamda “Sportinq” görüşünün gec başa çatacağını nəzərə alan klub metronun gecə saat 01:00-a kimi çalışması üçün Bakı Metropaliteninə müraciət etdiyini açılayıb.

Klub gələcək qərar haqda azarkeşləri məlumatlandıracağını da bildirib

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-u, saat 21:55-də başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43