Ölkə futbolu

“Qarabağ” azarkeşləri forma qazana bilər

Sabah saat 18:30-dan 20:30-dək “Qarabağ”ın Park Bulvar AVM-də yerləşən fan-şopunda xüsusi aksiya keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, imza mərasimi müddəti ərzində forma alan azarkeşlərdən 5 nəfərə imzalı forma hədiyyə ediləcək. Qaliblər püşkatma yolu ilə seçiləcək və hər bir forma “Qarabağ”ın oyunçuları tərəfindən imzalanacaq.

Mağazadan forma əldə edən hər bir şəxsə ardıcıllıqla sıra nömrəsi veriləcək. Bu nömrələr xüsusi lototrona daxil ediləcək.

Saat 20:30-da imza mərasimi bitdikdən sonra lototron vasitəsilə 5 qalib seçiləcək və qaliblər elan olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43