Kateqoriyasız

“Qarabağ” azarkeşləri ilə “Beşiktaş” və “Roma”dan öndə

Ötən gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ” – APOEL matçını 30.824 azarkeş izləyib.

İdmanxeber.az-ın məlumatına görə, bu dünən 12 qrupda keçirilən 23 matçda ən yaxşı 4-cü göstəricidi. Belə ki, gecənin ən çox azarkeşi Londonda – “Arsenal” – “Gimarayş” matçında qeydə alınıb. “Topçuların” qələbəsi ilə başa çatan matçı 60.195 tamaşaçı izləyib.

İkinci pillədə “Ayntraxt” – “Standart” (47.000), üçüncü pillədə isə “Porto” – “Reyncers” (31.307) matçı durur.

Tofiq Bəhrəmovda keçirilən və qalibin müəyyənləşmədiyi “Qarabağ” – APOEL matçında qeydə alınan azarkeş sayı “Beşiktaş” – “Braqa”, PSV – LASK, “Roma” – “Borussiya M”  matçlarını geridə qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43