Kateqoriyasız

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” klubu Konfrans Liqasının 3-cü mərhələsinin AEL-lə cavab matçına gələcək azarkeşlərə müraciət edib.

Ağdam təmsilçisi, “feysbuk” hesabı vasitəsilə azarkeşlərin oyuna daha tez gəlmələrini tövsiyə edib:

“Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik”.

Bu gün, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.

Komandalar arasında Kiprdə baş tutan matç 1:1 hesablı heç-heçə ilə bitib. Sözügedən oyunda 90+3-cü dəqiqədə Abdullah Zubirin vurduğu bərabərlik qolundan sonra kiprli azarkeşlərlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında qalmaqal yaşanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43