Kateqoriyasız

“Qarabağ” azarkeşlərindən “İnter”ə dəstək gəldi

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah İsveçdə “Elfsborq”un qonağı olacaq “İnter”i bu matçda 100-dən çox azərbaycanlı azarkeşin dəstəkləyəcəyi haqda sizə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, dünəndən kluba 100-ə yaxın İsveçdə yaşayan həmyerlilərimiz müraciət ediblər və klub da həmin azarkeşləri biletlə təmin edəcəyinə söz verib.

Bugün isə ötən il Avroliqada “Gefle” – “Qarabağ” matçını izləyən azarkeşlər “bankirlər”ə müraciət ediblər. Onlar “Qarabağ” fanatlarıdı və “İnter”ə sabahkı çətin matçda azarkeşlik etmək istədiklərini bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43