İdman

“Qarabağ” azarkeşlərindən möhtəşəm XAREOGRAFİYA gəlir: 20 000 azarkeş…

Çempionlar Liqasının 5-ci turu çərçivəsində evdə “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın azarkeşləri möhtəşəm kareografiya hazırlamağı planlaşdırır.

İdmanxeber.com-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan ibrahimov bugünədək Azərbaycanda olmayan yeniliyin baş verəcəyini bildirib:

“Azarkeşlərimiz tərəfindən böyük xareografiya hazırlanır. “E” sektoru üçün nəzərdə tutulan xareografiya təxminən 20 000 insanı əhatə edəcək. İnşallah, özünüz görəcəksiz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43