İdman

“Qarabağ” azarkeşlərinin nəzərinə: Yunan fanatlar Salonikini cəhənnəmə döndərdi (VİDEO)

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi PAOK-un azarkeşləri çılğınlıqı ilə diqqət mərkəzinə düşür.

İdmanxeber.com-un məkumatına görə, Saloniki təmsilçisinin fanatları Yunanıstan Superliqasının son turunun “İraklis”lə ev görüşündən öncə qonaq komandanın azarkeşləri ilə əlbəyaxa olub. Saloniki küçələrini cəhənnəmə döndərən PAOK azarkeşlərinin bir qismi polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, PAOK sabah Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq. Oyunu 100-ə yaxın yunan azarkeşin də izləməsi gözlənilir.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43