Müsahibə

“Qarabağ” azarkeşlərinin sevimlisi: “Onlar bizi Bakıda cəzalandıra bilərlər” – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Qara Qarayevin idmanxeber.com saytına müsahibəsi.

– Maltadan qələbə ilə döndüz. Oyunla bağlı düşüncələrinizi bilmək istəyərdim.

Oyun bizim üçün çətin keçdi. Həm səfərdə oynayırdıq, həm də hava şərtləri biraz bizim üçün çətin oldu. Buna baxmayaraq qalib gəldik. Sevincliyik, inanıram ki, Bakıdakı oyunda da bu qələbənin ardını gətirəcəyik.

– Səfərdə qələbə qazandınız. Artıq “Qarabağ” növbəti mərhələdədi deyə bilərik, yoxsa yox?

Keçdi deyə bilmərik. Onlar da bir neçə imkanlardan istifadə edə bilmədilər. “Valetta” yaxşı əks hücuma çıxırdı. Biz arxayın oynasaq onlar bizi Bakıda cəzalandıra bilərlər. 

– Malta çempionu sizin qapı qarşısında bir dənə də olsun 100 faizlik qol imkanı yarada bilmədi. Bu rəqibdən Bakıda nə gözləyək?

Onların itirəcəkləri heç nə yoxdu. Ona görə də cavab matçında “Valetta” hücum futbolu oynayacaq. Düşünürəm ki, bu da bizə problem yarada biləcək. 

– Bu qədər qol imkanlarından yararlana bilmədiniz. Qrup mərhələsində oynamaq istəyən komanda ən azı bu imkanlardan 2-3-dən istifadə etməlidi. Komandanın hücum probleminin hələ də qaldığını düşünmürsən?

Səfər oyunu idi… Stadion, top və başqa amillər fərqli idi. Bakıda isə tam fərqli olacaq. Əgər biz bu qədər qol imkanını cavab matçında yarada bilsək o zaman fərqlənəcəyik.

– Cavab matçında sizi heç-heçə də qane edir…

Biz heç-heçə üçün meydana çıxmayacağıq. Əgər bu fikirlə meydana çıxsaq məğlub olarıq. Çalışıb qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43