Kateqoriyasız

“Qarabağ” Azərbaycan futbolunda daha bir ilkə imza atıb

“Qarabağ” FK  daha bir ilkə imza atıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan klubları arasında ilk dəfə olaraq “Qarabağ” FK klubuna məxsus tətbiqetmə  (application) ictimayyətin diqqətinə təqdim olunur.

Tətbiqetmə klubun rəsmi saytının bütün informasiyasını özündə daşımaqla yanaşı bir sıra funksiyaları ilə də istifadəçilərə əlverişli imkanlar yaradacaq.

Komandanın oyunu olduğu zaman istifadəçiyə bildirişlər gələcək

“Qarabağ” tətbiqetməsi həm İOS, həm də Android platformalı mobil cihazlar üçündür.   Hər 2 sistemin PLAYSTORE tətbiqetmə mağazasında Qarabağ(g)(gh)  axtarış verməklə tətbiqetməni rahatlıqla,heç bir ödəniş etmədən telefonunuza yükləyə bilərsiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43