Müsahibə

“Qarabağ” Azərbaycanın ən güclü komandasıdı” (MÜSAHİBƏ)

“Zirə”nin futbolçusu Adil Nağıyevin İdmanxeber.com-a müsahibəsi.

– Hərəyə 1 qol, 1 xal. Qalid durumda ikən sonda 1 xalla kifayətləndiniz.

Bəli, ancaq hər şey ola bilərdi. Futboldu bu, uduza da bilərdik. Həqiqətən çox gərgin oyun alındı. “Neftçi” səfərində 1 xal da pis deyil.

– “Neftçi”nin futbolçusu Kaue açıqlamasında deyib ki, “Zirə” 1 xal üçün meydana çıxmışdı və buna görə də, futbolçuları tez-tez yerə yıxılaraq vaxt aparırdılar.

Xeyr, biz bu oyuna 3 xal üçün çıxmışdıq. Qol imkanlarımız da “Neftçi”dən çox oldu. Ancaq istifadə edə bilmədik. Xatırladım ki, biz ilk dövrədə “Neftçi”ni 2:0 hesabı ilə məğlub eləmişdik. Sadəcə bu oyunda bizim bəxtimiz gətirmədi. Lakin qazanılan 1 xalı da yaxşı nəticə saymaq olar.

– Növbəti turda rəqib “Qarabağ”dı. Bu oyunla bağlı nə deyərdin?

“Qarabağ” Azərbaycanın ən güclü komandasıdı. Bu komandaya qarşı oynamaq olduqca çətindi. Ancaq biz onlardan çəkinmirik, qorxmuruq. Çalışacağıq ki, bu oyunda da yaxşı nəticə qazanıb yuxarı piilədəki yerimizi qoruyaq.

– Sizinlə oyuna kimi “Qarabağ” çətin “Anderlext” səfərində olacaq. “Qarabağ”ın sizinlə oyuna yorğun çıxma ehtimalı da böyükdü.

Məncə yox, çünki “Qarabağ”ın heyəti genişdi. O komandada elədi ki, istənilən futbolçu meydana çıxıb, baş məşqçinin tapşırığını ən yaxşı formada yerinə yetirə bilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43