Ölkə futbolu

“Qarabağ” “Bakı” ilə üz-üzə

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün yoxlama görüşü keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu həvəskarlar liqasında çıxış edən “Bakı” ilə qarşılaşacaq. “Azərsun Arena”da keçiriləcək matç saat 17:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”la “Bakı” sonuncu dəfə 2015-ci ildə qarşılaşıb. Həmin il Premyer Liqanı tərk edən paytaxt klubu 2015/2016 mövsümündə I divizionda mübarizə aparıb. İkiqat Azərbaycan çempionu hazırda həvəskarlar liqasında çıxış edir.

17:30. “Qarabağ” – “Bakı”

“Azərsun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43