Ölkə futbolu

“Qarabağ” başladı- “Simurq”la matçın başlama vaxtı müəyyənləşdi

Premyerliqanın XXII turunda `Simurq`u qəbul edəcək “Qarabağ” oyunöncəsi məşlərini bazadakı meydançada edəcək.

İdmanxeber.com-un məlumatına görə, bugünə komandanın bir məşqi nəzərədə tutulub. Məşqlərdə komanda tam heyətlə çalışarkən sadəcə Braziliyada olan Jumbinyo kollektivdən ayrıdı. Oyunun başlayacağı saat da müəyyənləşib.

Fevralın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43