İdman

“Qarabağ” BATE ilə oyun üçün 25 futbolçu sifariş etdi

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Belarusun BATE klubuna qarşı oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.com-un məlumatına görə, heyətdə 25 futbolçu yer alıb. 

“Qarabağ”ın sifariş ərizəsi aşağıdakı kimidi:

Qapıçılar: Hannes Haldorsson, Vaqner da Silva, Şahruddin Məhəmmədəliyev, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Rahil Məmmədov, Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Yakub Jezniçak, Ansi Aqolli, Abbas Hüseynov

Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Miçel, Abdulla Zubir, Coşqun Diniyev, Donald Gerye, Zaur Fərzəliyev, Dani Kintana, Filip Ozobiç, İsmayıl İbrahimli, Con Delarj

Hücumçular: Mahir Mədətov, İnnosent Emeqara

BATE ilə ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika Stadionunda, cavab matçı avqustun 14-də “Borisov Arena”da keçiriləcək. Hər iki görüş 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43