Kateqoriyasız

“Qarabağ” – BATE oyununda anşlaq olacaq: Bilet tükənir!

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – BATE (Belarus) matçına bilet satışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, matça 23 min bilet satılıb. Bu barədə klubdan saytımıza məlumat verilib. Oyunun başlama saatına qədər bütün biletləriin satılacağı gözlənilir.

Biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.

Qeyd edək ki, “Qarabağ” – BATE matçı bu gün 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Bernard Şalland: “Nəticədən narazı deyiləm”

admin

Azərbaycan – Farer adaları matçının hakimləri bəlli oldu

admin

XXI turun bütün oyunları eyni gündə

admin