Ölkə futbolu

“Qarabağ” – “Bayer” oyununa biletlər nə vaxt satışa çıxır?

Avropa Liqası 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununun biletləri satışa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən qarşılaşmaya biletlər bu ayın sonu satışa çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

“Qarabağ” – “Bayer” görüşü martın 7-də, saat 21:45-də start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43