Ölkə futbolu

“Qarabağ” “Bayer” oyununa ciddi itkilərlə çıxacaq

“Qarabağ” UEFA Avropa Liqası 1/8 final mərhələsinin ilk oyununda qarşılaşacağı “Bayer” görüşünə ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin iki əsas üzvü – Julio Romao və Elvin Cəfərquliyev bu matçda iştirak edə bilməcəyək. Buna səbəb futbolçuların cəzalı durumda olmasıdır.

Romao “Braqa” görüşündə sarı vərəqə görərək limiti doldurubsa, Cəfərquliyev həmin qarşılaşmada ikinci “sarı”dan “qırmızı” alaraq meydandan qovulub. 

Xatırladaq ki, millimizin futbolçusunun cəza müddəti açıqlanmayıb. Cəfərquliyevin bir neçə oyun meydanlardan kənar qalacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43