Kateqoriyasız

“Qarabağ” “Bazel”ə cavab verdi, “Kayrat”ı növbəti dəfə məğlub etdi – FOTO

Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ’ səfərdə “Bazel”in qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrə klubu Instagram hesabından azərbaycanlı azarkeşlərin çoxsaylı rəylərindən bezərək bu fotonu paylaşıb və yazıb:

“Azərbaycanlı azarkeşlərin çoxsaylı şərhləri sizi də bezdirib? Cümə axşamı stadionda “Qarabağ”la final matçında bizi dəstəkləyin, səsinizi hamı eşitsin”.

Agdam.klubu isə bu posta belə cavab yazıb: “Nəticədən asılı olmayaraq sizi səmimiyyətlə salamlayırıq, dostluq hər zaman qalib gələcək”.

Sosial şəbəkə üzərindən ki bu yazışmaya “Qarabağ”ın qrupdakı digər rəqibi “Kayrat” da müdaxilə edib və “Bazel”ə belə dəstək gəlib: “Mən bu nә hisdi bilirəm, qardaş”.

“Qarabağ” tərəfi qazaxlarında cavabsız qoymayıb: “Başqa hansı hisslər keçirdin?”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43