Kateqoriyasız

“Bazel” – “Qarabağ” matçına BÖYÜK MARAQ: 50-dən çox ölkədə…

UEFA Konfras Liqasının qrup mərhələsinin son turu çərçivəsində dekabrın 10-da keçiriləcək “Bazel” – “Qarabağ” matçı dünyanın 50-dən çox ölkəsində canlı yayımlanacaq.

İdmanxeber.az-ın araşdırmasına görə, ölkəmizdə bu matçı “CBC Sport”, qardaş Türkiyədə isə “S Sport” kanalı canlı yayımlayacaq. Habelə, Rusiyanın MATÇ TV kanalının da sözügedən görüşü azarkeşlərə canlı nümayiş etdirməsi gözlənilir.

Böyük Britaniyada “BT Sport”, Danimarkada “TV 2”, İspaniyada “Movistar+” , Çində “QQ Sports”, Malayziyada “beIN Sports Connect Malaysia” və bir çox telekanallar canlı olaraq bu matçı yayımlayacaq.

Qeyd edək ki, “St. Jakob-Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43