25 Oktyabr 2021
Kateqoriyasız

“Qarabağ” – “Bazel” oyununa bu qədər bilet satılıb

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda evdə “Bazel”lə keçirəcəyi matça bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, indiyədək sözügedən qarşılaşmaya 14 min bilet satılıb. Əlavə olaraq qeyd edək ki, saat 12:00-dan etibarən BOS-un ərazisindən də bilet almaq mümkün olacaq.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib.

Qeyd edək ki, bu gün oynanılacaq matç saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ”nin mövsüm göstəriciləri: 28 tur, 24 futbolçu, 31 qol

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Rövnəq Abdullayev Millətlər Liqasının püşkatmasında

admin