Kateqoriyasız

“Qarabağ” – “Bazel” oyununa hakim təyinatları

Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Belçika Futbol Federiyasından  Erik Lambrexts idarə edəcək. Ona Rien Vanyzere və Jo de Veirdt köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 16-ı keçiriləcək görüş saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43