13 Avqust 2022
Kateqoriyasız

“Qarabağ” – “Bazel” oyununa nə qədər bilet satılıb?

Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununa bilet satışı davam edir.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, biletlər sentyabrın 10-dan satışa çıxarılıb və 6 mini satılıb.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.

Xatırladaq ki,  biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

İkinci və üçüncü kateqoriya biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından saat 11:00-dan 19:00-dək əldə etmək mümkündür. “FAW Azərbaycan”da isə (həftə içi saat 10:00-dan 17:00-dək; həftə sonları saat 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya biletlər satışdadır.

Bundan əlavə, Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış) və “Park Bulvar”dakı “Qarabağ”ın fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadı” – Samir Abasov

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Onlar “Qarabağ”la oyunda oynamayacaq

admin