Kateqoriyasız

“Qarabağ” bizə azadlıq dərsi keçdi” – “Marsel”in baş məşqçisi

Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli “Lephoceen” nəşrinə açıqlamasında Konfrans Liqasının 1/16 finalının “Qarabağ”la cavab matçında Ağdam klubunun göstərdiyi feyr-pley nümunəsini xatırladıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis qeyd edib:

“Qarabağ” bizə azadlıq dərsi keçdi. Onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər. “Qarabağ” bunu bizdən əvvəl də edirdi. Bizim isə yeni formalaşan heyətimiz var. Buna görə bəzi çətinliklərimiz ola bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43