Ölkə futbolu

“Qarabağ” bizdən güclüdü”

“Təəssüf ki, bu gün məğlub olduq. İlk növbədə, azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Amma alınmadı.  Çoxlu qol imkanlarımız da oldu. Ola bilsin, bəxtimiz də gətirmədi”.

İdmanxeber.com-un Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Samtredia”nın kapitanı Georgi Datunaişvili Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.

32 yaşlı oyunçunun  komandasının potensialının yüksək olduğunu bildirib: “Qarabağ” güclü komandadır. Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, “Qarabağ” bizdən güclüdür və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən (5:0, 1:0) növbəti mərhələyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43