Kateqoriyasız

“Qarabağ” bizi yordu” – səmimi etiraf

“Düdelanj”ın futbolçusu Tibo Leskoy Avropa Liqasının II turunda “Qarabağ”a uduzduqları (1:4) ev matçından sonra fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin oyuna tam nəzarət etdiyini deyib:

“Fərdi səhvlərdən erkən və bəsit qollar buraxdıq. Bundan sonra isə yalnız topun arxasınca qaçmalı olduq. “Qarabağ” bizi yordu. Onlar oyuna tam nəzarət etdilər. Matçda yaranmış fasilənin kömək etməyəcəyini bilirdik. Bu səviyyədə belə məğlubiyyət sürpriz deyil. “Qarabağ” gözlədiyimiz kimi güclü oynadı və oyunu idarə edə bildi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43