Dünya futbolu

“Qarabağ” Bolqarıstan klubuna qarşı

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, ölkə çempionumuz Bolqarıstanın SSKA klubu ilə qarşılaşacaq. “Qarabağ”ın Sofiya təmsilçisi ilə görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi Avstriyadakı ilk yoxlama görüşündə Rusiyanın “Axmat” klubuna 0:1 hesabı ilə uduzub.

20:00. “Qarabağ” – SSKA (Bolqarıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43