Kateqoriyasız

“Qarabağ” Bolqarıstan klubuna uduzdu

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.az-ın məlumatına görə, Avstriyada məşqləri davam etdirən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Ludoqorets” klubu ilə qarşılaşıb. Görüş Bolqarsıtan təmsilçisinim xeyrinə başa çatıb.

“Qarabağ”, Avstriya toplanışı çərçivəsində Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə də yoxlama oyunları keçirəcək .

 

22 iyun

Yoxlama oyunu

20:00. “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) – 0:2
Qollar:
 Marselinyo, 17, D. Bakalov, 71


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43