Ölkə futbolu

Qarabağ” “Borisov Arena”ya çıxmaqdan imtina etdi

“Qarabağ” məşq yerini dəyişib.

 İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması üçün Minskdə olan “Qarabağ” komandası BATE ilə oyundan əvvəl qarşılaşmanın keçiriləcəyi “Borisov Arena”da məşqə çıxmalı idi. Komanda ənənəvi məşq prossesinə qatılmaqdan imtina edib.

Buna səbəb, “Qarabağ”ın məskunlaşdığı otelin stadiondan 70 km-dən artıq məsafədə yerləşməsidir. Buna görə də, “Qarabağ” son məşqini Minskdə yerləşən “Olimpiya” stadionunda edib. 

Qeyd edək ki, “Qarabağ” – BATE görüşü sabah keçiriləcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43