Kateqoriyasız

“Qarabağ” boşluqlardan ildırım sürəti ilə yararlanır” – Stanislav Çerçesov

“Bakıdan qayıtdıq sonra məşqlərə başladıq. Hazırlığımızı tam sürət davam etdiririk”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov deyib. O, daha sonra belə davam edib:

“İlk görüşün nəticəsi pis olmadı. Turu keçmək üçün şansımız var, bundan istifadə etmək istəyirik. Rəqib qapısı önündə daha qətiyyətli və dəqiq olmalıyıq. Hər halda müdafiədə səhv etmək olmaz. Çünki Bakıdakı matçda gördük ki, “Qarabağ” təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır. Cavab görüşünə mümkün qədər yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik. Evdə dolu tribunalar önündə, fantastik azarkeşlərimizin köməyi ilə növbəti mərhələyə adlamaq üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, avqustun 9-da Budapeştdə keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43