Kateqoriyasız

“Qarabağ” bu 5 komandanın biri ilə qarşılaşacaq – Çempionlar Liqasında

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA iştirakçıları 5-i səpələnmiş, 5-i səpələnməmiş olmaqla 10 komandalı qruplara bölüb.

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

“Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).

I təsnifat mərhələsinin püşkü sabah saat 14:30-da atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43