Kateqoriyasız

“Qarabağ” bu gün Kiprə gedir: 5 futbolçu aparılmır

“Qarabağ” bu gun “Omoniya” ilə oyun üçün Kiprə yola düşəcək.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, Ağdam klubu 5 futbolçusunu Kiprə aparmır. Bunlar zədəlilər – Xayme Romero, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Zamiq Əliyev və Amin Ramazanovdur. Ümumilikdə komanda 23 futbolçu ilə “Omoniya” səfərinə yollanır.

Komanda çarter reysi ilə bu gün saat 18:00-da Bakıdan Larnaka, oradan isə avtobusla  Nikosiya şəhərinə yola düşəcək.

Qeyd edək ki, sentyabrın 30-u keçiriləcək “Omoniya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43