Kateqoriyasız

“Qarabağ” bu hücumçunu transfer edir

“Qarabağ”ın hücum mövqeyinə futbolçu transfer edəcəyi ilə bağlı xəbər vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun transfer siyahısında olan futbolçulardan biri Maqaye Quayedi. Son mövsümü Türkiyənin “Osmanlıspor” klubunda keçirən 29 yaşlı forvardın “köhlən atlar”la müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, karyerasına Fransanın “Strasburq” klubunda başlayan hücumçu müxtəlif illərdə İngiltərənin “Everton”, “Miluol”, Fransanın “Brest” və Türkiyənion “Adanaspor” klublarında top qovub. O, Fransa millisinin aşağı yaş qruplarından ibarət millilərində də çıxış edib. Son klubu “Osmanlıspor”da 25 oyunda meydana çıxan Quaye 9 qol vura bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43